"Qarabağ"ın futbolçusu Çin klubunda? - Danışıqlar aparılır
"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade karyerasını Çində davam etdirməyə yaxındır.
Mediasport.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Asiya ölkəsinin məşhur "Şanxay Şenxua" klubunun kabo-verdeli yarımmüdafiəçini transfer etməyə hazırlaşdığı qeyd olunur. Məlumata görə, klublar arasında danışıqlar aparılır.
Andrade Ağdam klubuna 2022-ci ilin yayında qoşulub. 24 yaşlı futboolçunun Azərbaycan çempionu ilə anlaşması 2025-ci ilin yayına qədərdir.