Əli Quliyev Almaniyada Braziliya idmançısını nokaut etdi

Əli Quliyev Almaniyada Braziliya idmançısını nokaut etdi

Azərbaycanın MMA üzrə “ASED Fighting Championship” (AFC ASED) liqasının üzvü Əli Quliyev Almaniyada "Brave 68" turnirində qələbə qazanıb.

mediasport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz braziliyalı Cefferson Oliveyra ilə qarşılaşıb.

Əli rəqibinə ikinci raundda texniki nokautla qalib gəlib.