"Qarabağ"ın Niderland nəhəngi ilə oyununun biletləri satışa çıxarılır

"Qarabağ"ın Niderland nəhəngi ilə oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) oyununun biletləri bu gün 12:00-dan etibarən satışa çıxarılır.

Mediasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir.

"VVIP C" və "VVIP D" sektorlara bilet alaraq, "VIP Lounge" üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti 300 manatdır.

Matç noyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlanacaq.