“Qarabağ”ın yarımmüdafiəçisi növbəti dəfə milliyə çağırılıb
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə dəvət alıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Miodraq Raduloviç 30 nəfərlik heyətə 28 yaşlı futbolçunun da adını daxil edib.
İlkin heyətdə yer alan yığma üzvləri arasında sonradan seçim ediləcək.
"Qarabağ"ın zədədən yeni qayıdan müdafiəçisi Marko Veşoviç yığmaya çağırılmayıb.
Monteneqro millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Litva, 19-da isə Macarıstanla üz-üzə gələcək.
2016-cı ildən yığmada oynayan Marko 42 matç keçirib, 1 qol vurub.