"Qəbələ" İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

"Qəbələ" İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü Ramin Sultanovla müqavilə bağlayıb.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, idmançı ilə 1 illik anlaşma imzalanıb.

Sultanov yüngül çəkidə “Eagle FC” çempionudur, o, bu kəmərə 2023-cü ilin noyabrında sahib olub.

Aktivində 9 qələbə olan Sultanov peşəkar karyerasına 2019-cu ildə başlayıb və indiyədək 10 döyüş keçirib.