Azərbaycan Dünya Kubokunda 14 şahmatçı ilə təmsil olunacaq
Sabah Beynəlxalq Şahmat Federasiyasının (FİDE) təşkilatçılığı ilə Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında şahmat üzrə Dünya Kubokuna start veriləcək.
Mediasport.az xəbər verir ki, yarışda Azərbaycan millisi 14 şahmatçı ilə təmsil olunacaq.
Komandaya Fərid Abbasov rəhbərlik edəcək.
8,10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar arasında keçiriləcək Dünya Kubokuna iyulun 3-də yekun vurulacaq.