Qol vurdu, evini soyub qızıllarını, 12 min avrosunu apardılar
"Udineze"nin futbolçusu Tolqay Arslanın evinə oğrular girib. MediaSport.az xəbər verir ki, hadisə İtaliya "A" Seriyasının 7-ci turunun "İnter"lə ev oyunu (3:1) zamanı baş verib. Soyğunçular türk yarımmüdafiəçinin evindən iki notbuk, zinət əşyaları və 12 min avro pul aparıblar.
Qələbədə böyük pay sahibi olan türk futbolçu komandasının üçüncü qolunu vurub.