Ramil və Sertan üçün səfər sınağı - Türkiyə 1-ci Liqasında 29-cu tur
Türkiyə 1-ci Liqasında 29-cu turun qarşılaşmaları davam edir.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 4 matç keçiriləcək
Azərbaycan millisinin üzvləri - Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" "Çorum Bələdiyyəspor"un, Sertan Taşkının formasını geyindiyi "Manisa" isə "Bandırmaspor"un qonağı olacaq.
Buna qədər keçirilən oyunlarda Coşqun Diniyevin komandası "Ümraniyəspor" "Şanlıurfaspor"a (0:1), Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" isə "Sakaryaspor"a (0:2) uduzub.
Tükiyə 1-ci Liqası. 29-cu tur
7 aprel
"Çorum Bələdiyyəspor" - "Kocaelispor"
"Bandırmaspor" - "Manisa BBSK"
"Gənclərbirliyi" - "Adanaspor"
"Eyüpspor" - "Altay"