Ronaldu ən bahalı futbolçuların rəmzi "11-liy"inə salınmayıb

Ronaldu ən bahalı futbolçuların rəmzi "11-liy"inə salınmayıb

Hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən ən bahalı futbolçulardan ibarət rəmzi "11-lik" təşkil edilib.

Mediasport.az xəbər verir ki, "Əl-Nəsr"in portuqaliyalı forvardı Kriştianu Ronaldu simvolik komandada yer almayıb.

Qeyd edək ki, heyətin ümumi dəyəri 322 milyon avrodur.

Pro Liqada çıxış edən ən bahalı futbolçulardan ibarət rəmzi heyət

Qapıçı: Yassin Bunu ("Əl-Hilal", 11 milyon avro)

Müdafiəçilər: Emerik Lapor ("Əl-Nəsr", 25 milyon), Merih Demiral ("Əl-Əhli", 18 milyon), Rocer İbanez ("Əl-Əhli", 25 milyon)

Yarımmüdafiəçilər: Fabinyu ("Əl-İttihad", 35 milyon), Ruben Neveş ("Əl-Hilal", 40 milyon), Malkom ("Əl-Hilal", 30 milyon), Sergey Milinkoviç-Saviç ("Əl-Hilal", 35 milyon), Otavio ("Əl-Nəsr", 30 milyon)

Hücumçular: Neymar ("Əl-Hilal", 45 milyon), Aleksandr Mitroviç ("Əl-Hilal", 28 milyon)


Rövşən