"Sabah" və "Turan Tovuz" cərimələndi
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bəzi qərarlar verib.
mediasport.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 finalının "Səbail" - "Sabah" oyununda qonaqların qapıçısı Nicat Mehbalıyev 12-ci dəqiqədə rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, komandası 200 manat cərimə ödəyəcək.
Bundan başqa, "Sabah" həmin görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərimələnib.
Kubokun Gəncədə keçirilmiş "Kəpəz" - "Turan Tovuz" (1:2) görüşündə qonaqlaırın 4 futbolçusu sarı vərəqə alıb, onlar da analoji cəzaya məruz qalıb.