Şəhid bacısı İspaniyada Avropa çempionatında üçüncü oldu
Vətən müharibəsi şəhidi kapitan Tural Zeynalovun bacısı Solmaz Zeynallı kyokuşin karate üzrə Avropa çempionatında bürünc medal qazanıb.
Mediasport.az xəbər verir ki, idmançı İspaniyanın Valensiya şəhərində keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Onunla yanaşı Əliqismət Həsənov gümüş, Balaəmi Əhmədov və Arzuman Həsənov da bürünc medal əldə ediblər.