Sentyabrın ən yaxşı qol müəllifi olmağa namizədlər açıqlanıb
Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasında sentyabr ayında vurulan ən yaxşı 5 qolun videosunu hazırlayıb.
Mediasport.az xəbər verir ki, qalib adı uğrunda Məqsəd İsayev (“Zirə”, 6-cı tur, “Sumqayıt”ın qapısına), Valdemar Almeyda (“Səbail”, 6-cı tur, “Kəpəz”in qapısına), Belajdi Pusi (“Turan Tovuz”, 6-cı tur, “Qəbələ”nin qapısına), Hamidu Keyta (“Qarabağ”, 6-cı tur, “Sabah”ın qapısına) və Yusif Nəbiyev (“Səbail”, 8-ci tur, “Sabah”ın qapısına) mübarizə aparacaq.
Ayın ən yaxşı qolu azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək. Səsvermə 5 oktyabr saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, mükafatın ilk qalibi "Araz-Naxçıvan"ın müdafiəçisi Turan Manafov olub. O, "Sumqayıt"ın qapısına cərimə zərbəsindən baxımlı qol vurub.