“Sevindirici haldır ki, etimadı doğruldub 3 "gümüş" qazandım"
“Sevindirici haldır ki, etimadı doğruldub 3 gümüş medal qazandım. Bu yarış dünya çempionatına bərabər idi”.
Mediasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən qarşılama mərasimində deyib.
İdmançı Avropa çempionatındakı zədəsinə görə məşqlərdə tam gücü ilə hazırlaşa bilmədiyini qeyd edib:
“Dünya Kubokunda iştirakım üçün Firdovsi Umudovun mənə böyük dəstəyi oldu. Bu mənim üçün çox böyük uğurdur. Dünya çempionatında 3 bürünc medal qazansam da, bu nəticələr də mənim uğurlarım sırasına əlavə olundu. Bundan sonra növbəti yarışa - dünya çempionatına hazırlaşacam. Gələcək hədəflərim və iştirak edəcəyim yarışlar çoxdur”.
Qey edək ki, Dadaş Dadaşbəyli Tailandın Puket şəhərində keçirilən Dünya Kubokunda 3 gümüş medal qazanıb.