Kamran Nəbizadə Ankarada TAF prezidenti Tələt Ünlü ilə görüşüb

Kamran Nəbizadə Ankarada TAF prezidenti Tələt Ünlü ilə görüşüb
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Türkiyəyə səfər edib.

Mediasport.az xəbər verir ki, qurum rəhbəri paytaxt Ankarada Türkiyə Ağırlıqqaldırma Federasiyasının (TAF) prezidenti Tələt Ünlü ilə görüşüb.

Görüş zamanı federasiyalar arasında münasibətlərin sıxlaşdırılması və daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi, dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin digər məsələlər müzakirə edilib.