Tennisçimiz Mərziyə Nurmətova Çexiyada gümüş medal qazandı

Tennisçimiz Mərziyə Nurmətova Çexiyada gümüş medal qazandı

Azərbaycanın stolüstü tennisçisi Mərziyyə Nurmətova Çexiyanın Havirov şəhərində 15 və 17 yaşadək idmançılar arasıda keçirilən "Eurotalents Development Camp" turnirdə gümüş medal qazanıb.

mediasport.az xəbər verir ki, finalda uduzan idmançımız fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Oğlanların mübarizəsində isə Adil Əhmədzadə 7-ci yerlə kifayətlənib. Turnirdə Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri yarışıblar.