"Sumqayıt"ın oyununda 7 qol

"Sumqayıt"ın oyununda 7 qol

Yeni mövsümün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" sonuncu yoxlama oyununu keçirib.

MediaSport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi qardaş ölkə çempionatının I Liqasında çıxış edən "Ərzurumspor"la qarşılaşıb.

"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

"Sumqayıt"ın hər üç qolunu yeni transfer Erik Sorqa vurub.