Milli komandamızın Slovakiya və Bolqarıstana qarşı heyəti açıqlanıb

Milli komandamızın Slovakiya və Bolqarıstana qarşı heyəti açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 7-də Bratislavada Slovakiya, 11-də isə Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, iyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.

“Qarabağ” klubunun futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra, iyunun 3-də kollektivə qoşulacaqlar.

Qeyd edək ki, Slovakiya - Azərbaycan matçı Seneç Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da, Azərbaycan - Bolqarıstan qarşılaşması isə “Liv Bona Dea Arena”da, saat 20:00-da başlanacaq.



S

AD / SOYAD

KLUB

1

Amin Ramazanov

Qarabağ

2

Xəyal Fərzullayev

Sumqayıt

3

Yusif İmanov

Sabah

4

Süleyman Damadayev

Şamaxı

5

İbrahim Ramazanov

Qəbələ

6

Seymur Məmmədov

Sabah

7

Cəlal Hüseynov

Arda (Bolqarıstan)

8

Eşqin Əhmədov

Qəbələ

9

Abdulla Rzayev

Araz-Naxçıvan

10

Rüfət Əhmədov

Kəpəz

11

Rüfət Abbasov

Neftçi

12

Mirəli Əhmədov

Araz-Naxçıvan

13

Mahir Həsənov

Kəpəz

14

Qurban Səfərov

Şamaxı

15

Samir Məhərrəmli

Şamaxı

16

Elcan Əbilov

Neftçi

17

Ramin Nəsirli

Araz-Naxçıvan

18

Xəyal Əliyev

Sabah

19

Murad Vəliyev

Nomme Yunayted (Estoniya)

20

Fərid Yusifli

Turan Tovuz

21

Şahin Şahniyarov

Qəbələ

22

Zeynəddin Abdurahmanov

Səbail

23

Samir Abdullayev

Səbail

24

Ağadadaş Salyanski

Neftçi

25

Nəriman Axundzadə

Qarabağ