Oyun zamanı huşunu itirən futbolçu xəstəxanada öldü - VİDEO
Uruqvayın "Nasyonal" klubunun yarımmüdafiəçisi Xuan İskyerdo dünyasını dəyişib.
Mediasport.az xəbər verir ki, 27 yaşlı futbolçu Libertadores kubokunun 1/8 final mərhələsinin "San Paulo" ilə matçında huşunu itirib və yerə yıxılıb.
Xəstəxanaya çatdırılan futbolçu bir neçə gün həkim nəzarətində qalsa da, həyatını xilas etmək mümkün olmayıb.
Xuanın ölümünə görə Uruqvay çempionatının ötən həftə keçirllməli olan bütün matçları təxirə salınıb.