İranda idman tədbirləri ləğv edildi
İranda bu həftə keçirilməli olan bütün idman tədbirləri ləğv edilib.
Mediasport.az xəbər verir ki, ölkənin İdman Nazirliyi pezident İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzasında faciəvi ölümü ilə əlaqədar bu qərarı qəbul edib.
Məlumatı "Mehr" agentliyinə açıqlamasında İdman Nazirliyinin vitse-prezidenti Seyid Məhəmməd Şervin Esbaqiyan verib.
Yarışların nə vaxta keçiriləcəyi ilə bağlı qarşıdakı günlərdə məlumat paylaşılacaq.
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin də olduğu helikopter ötən gün Vərziqan şəhəri yaxınlığında qəza enişi edib.
Uzun axtarışlardan sonra "hava gəmisi"ndəki bütün heyətin və ekipaj üzvlərinin həlak olduğu müəyyənləşib.
Ölkədə 5 günlük matəm elan olunub.