"Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

"Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

"Üçüncü dəfə dünya çempionu olduğum üçün özümlə qürur duyuram”.

Mediasport.az xəbər verir ki, bu sözləri Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan paraatleti Lamiyə Vəliyeva deyib.

T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxan 22 yaşlı idmançı bu nəticəni gözlədiyini bildirib: “Qarşıda məni 400 metr məsafə üzrə daha bir final gözləyir. Oraya hazırlaşıram. Həmin məsafədə də özümdən gözləntim çoxdur. Vətənimi layiqincə təmsil edəcəyəm".

Qeyd edək ki, Lamiyə üzrə finişə 11.94 saniyəyə çataraq dünya çempionu olub.

Bu, onun ümumilikdə üçüncü dünya çempionluğudur.

İdmançı ötən il Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında da 100 və 400 metr məsafəyə qaçış üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.