UEFA İnkişaf Turniri: Yığmamız Qazaxıstana penaltilərdə uduzdu
Azərbaycanın 17 yaşadək futbolçu qızlardan ibarət milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində növbəti matçına çıxıb.
Mediasport.az xəbər verir ki, yığmamız bu dəfə Qazaxıstandan olan həmkarları ilə qarşılaşıb.
Görüşün əsas vaxtında bərabərlik (2:2) qeydə alındığından qalib penaltilər seriyasında müəyyənləşib, qazaxlar "lotereya"larda daha dəqiq olublar.
Komandamızın turnirdə son rəqibi mayın 7-də Türkiyə seçməsi olacaq.
U-17 ilk dueldə Belarus millisinə 1:3 hesabı ilə uduzub.