UEFA "Qarabağ"ı yüksək məbləğdə cərimələdi - "Zirə"yə xəbərdarlıq

UEFA "Qarabağ"ı yüksək məbləğdə cərimələdi - "Zirə"yə xəbərdarlıq

UEFA Azərbaycan klublarını cərimələyib.

Mediasport.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" 28500 avro cərimələnib, Avropa Konfrans Liqasının pley-off mərhələsində uduzan "Zirə"yə xəbərdarlıq edilib.

Ağdam təmsilçisi Bolqarıstanda "Ludoqorets"ə qalib gəldiyi (2:7) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "komandanın düzgün olmayan davranışı"na görə 6000 avro ödəyəcək.

Son Azərbaycan çempionu Bakıda Zaqreb "Dinamo"suna uduzduğu (0:2) pley-offun cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. "Köhlən atlar" "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə 22500 avro ziyana düşüb.

"Zirə" isə Xorvatiyanın digər təmsilçisi "Osiyek"ə qarşı keçirilən Avropa Konftrans Liqasının 3-cü təsnifat mərhələsinin matçında yaşanan olaylar ucbatından "komandanın düzgün olmayan davranışı"na görə xəbərdarlıq alıb.