Səlimə Quliyevadan Avropa çempionatında gümüş medal
Albaniyanın paytaxtı Tiranada taekvondo üzrə klublararası Avropa çempionatı keçirilib.
Mediasport.az xəbər verir ki, yarışda Azərbaycanın “Alpman” klubunun taekvondoçusu fəxri kürsüyə yüksəlib.
46 kq çəki dərəcəsində mübarizə aparan Səlimə Quliyeva Avropa çempionatını gümüş medalla başa vurub.
Millimizin də şərəfini qoruyan idmançı 1/8 finalda Maria Maqdalini Mitiliniounu (Yunanıstan) 2:0 hesabı ilə məğlub edib. O, ardınca Eşli Laytfuta (Böyük Britaniya) da eyni hesabla qalib gəlib. Quliyeva yarımfinalda Lilli Ettelbryuka (Almaniya) da gücünü göstərib – 2:0.
Taekvondoçumuz finalda türkiyəli Nazlı Kesginə 0:2 hesabı ilə məğlub olub.