Yığma komandalarda yeni məşqçilər işləyəcək - RƏSMİ
Ağırlıqqaldırma üzrə yığma komandaların məşqçilər heyətinin yeni tərkibi açıqlanıb.
Mediasport.az xəbər verir ki, İdarə Heyətinin qərarına görə, rusiyalı Maxtı Makkayev kişilərdən ibarət yığma komandaların baş məşqçisi təyin edilib.
Uzun müddət Rusiya millisində çalışan, ilin ən yaxşı məşqçisi seçilən Makkayevin tələbələri dünya, Avropa çempionatları, Olimpiya Oyunları və digər beynəlxalq yarışlarda qalib, eyni zamanda, mükafatçı olublar.
Onun köməkçisi ukraynalı Denis Qotfrid olacaq.
Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov isə yeniyetmələr üzrə böyük məşqçi vəzifələrini icra edəcəklər.
Qadınlardan ibarət komandanın baş məşqçisi təyin edilən Sərdar Həsənovun köməkçisi Əfqan Bayramov olacaq.