Yığma komandamızın üzvü Gəncə klubunun yeni kapitanı seçilib
Yeni mövsümdə Azərbaycan çempionatında debüt edəcək "Gəncə” voleybol klubunun yeni kapitanı müəyyənləşib.
Gəncə təmsilçisindən Mediasport.az saytına verilən məlumata görə, komandanı Yüksək Liqanın oyunlarına millimizin üzvü Leyla Parşkova çıxaracaq.
Daha əvvəl komandanın kapitanı yığmamızın digər üzvü Nərmin Fərəcova idi. Bir neçə gün əvvəl voleybolçu klub ilə yollarını qarşılıqlı razılaşma əsasında ayırıb.
Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” daha əvvəl braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva, Anna Balberova, Anna Dmitrieva və Vitalina Andreyanenkovanı heyətinə qatıb.
Qeyd esək ki, komandaya belaruslu baş məşqçi Sergey Çasnavitski rəhbərlik edir.