“Zədəmi sağaldıb tezliklə yeni qüvvə ilə qayıdacağam”
“Zədəmi sağaldıb tezliklə yeni qüvvə ilə qayıdacağam”.
Mediasport.az xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə UFC döyüşçüsü Rafael Fiziyev deyib.
Polşalı Mateuş Qamrotla görüşdə sol ayağından zədələnərək mübarizəni davam etdirə bilməyən 30 yaşlı idmançı onu dəstəkləyənlərə təşəkkürünü bildirib:
“İndi sizin mesajlarınıza cavab verəcək durumda deyiləm. Dizimdə yırtılma olub. Bunun ikinci raundda baş verməsi məni çox üzdü. Halbuki gözəl döyüş göstərməyə yüz faiz hazır idim”.
Qeyd edək ki, sentyabrın 24-də ABŞ-nin Las-Veqas şəhərində təşkil olunan görüşdə Rafael Fiziyev texniki nokautla məğlub olub.