Paris-2024: Finalda Fransa və İspaniya milliləri qarşılaşacaq

Paris-2024: Finalda Fransa və İspaniya milliləri qarşılaşacaq

Fransanın paytaxtı Parisin ev sahibliyi etdiyi XXXIII Yay Olimpiya Oyunlarında kişilərin futbol yarışında finalçılar müəyyənləşib.

Mediasport.az xəbər verir ki, meydan sahibi yığma ilə İspaniya milli komandası qızıl medal uğrunda qarşılaşmayə vəsiqə əldə edib.

Fransa seçməsi yarımfinalda Misiri məğlub edib (3:1), pireneylilər isə Mərakeşin sensasiya etməsinə imkan verməyiblər (1:2).

Həlledici oyun avqustun 9-da keçiriləcək.

Avqustun 8-də 3-cü yer uğrunda dueldə Misir və Mərakeş yığmaları münasibətlərini aydınlaşdıracaqlar.