"Dirəyin aşması, yağışın yağması Ehtiram Quliyevin günahı deyil"
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Turan Tovuz"un qonağı olub (1:3).
Mediasport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
O, öncə oyunla bağlı fikirlərini bölüşüb:
"Maraqlı oyun oldu. Təki bir də belə hadisələr olmasın. Futbol adına hər şey var idi. Matçdan çox danışmaq istəmirəm. Rəqibi təbrik edirəm".
Daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Dünəndən bu günə kimi xeyli vaxt keçib. Nələr planlaşdırmışdız?
- Belə hallarda oynamaq çətindir. Çünki, dünən futbolçuların gücü 80 dəqiqədə bitdi. Onları kökləmək çox çətindir. Fiziki cəhətdən mümkün deyil.
Dünən güclü külək başlayandan sonra oyunun dayandırılması üçün hakimə müraciət etdiniz?
- Xeyr. Fövqəladə halları özləri bilirlər. Amma bu tək hakimlərdən asılı deyil. AFFA nümayəndəsi var. Əslində dayandırmalı idilər. 60-cı dəqiqədən sonra güclü külək oldu. Dünən hadisə daha tez baş versəydi, orada isinən futbolçular olsaydı...
Dünənki hadisədən sonra Ehtiram Quliyevə qarşı kampaniya başlayıb. Dirəyin aşması hadisəsini siz necə şərh edirsiz?
- Ehtiram müəllim Tovuz üçün bir brilyantdır. Dirəyin aşması, yağışın yağması Ehtiram Quliyevin günahı deyil. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Nöqsan Ehtiram məllimdə deyil. Bu gün o kişinin etdiyini Azərbaycan futbolunda son 10 ildə heç kim etməyib. Təşəkkür etmək lazımdır. Adam öz pulunu futbola xərcləyir.