2 idmançımız Yunanıstanda dünya çempionu adını qazanıb
Azərbaycan idmançıları Yunanıstanın Aleksandropolis şəhərində keçirilən gənclər və yeniyetmələr arasında MMA üzrə dünya çempionatında uğurla çıxış ediblər.
Mediasport.az xəbər verir ki, təmsilçilərimiz yarışda 5 medal qazanıblar.
İbrahim Cəfərov (+81 kq) və Fərid Əsədzadə (31 kq) qızıl medal qazanaraq dünya çempionu olublar. Adəm Əsgərov (31 kq) gümüş, Emil Haqverdiyev (49 kq) və Aydın Haqverdiyev (36 kq) isə bürünc medala layiq görülüblər.