İdmançımız Sloveniyada Avropa çempionatında üçüncü yeri tutub

İdmançımız Sloveniyada Avropa çempionatında üçüncü yeri tutub

Azərbaycan karateçisi Orxan Süleymanov Karate IKU təşkilatının Sloveniyanın Novo Mesta şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, 80+ mütləq çəkidə mübarizə aparan idmançımız üçüncü yeri tutaraq bürünc medal qazanıb.

Qeyd edək ki, Süleymanov Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin əməkdaşıdır.