Almaniya yığmasının məşhur üzvü: "Qarabağ" güclü komandadır"
Almaniya milli komandası və "Bayer"in sabiq futbolçusu Simon Rolfes UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasını şərh edib.
Mediasport.az xəbər verir ki, hazırda Leverkuzen klubunda idman direktoru vəzifəsini icra edən mütəxəssis “Qarabağ”ı yaxşı tanıdıqlarını bildirib.
O, deyib ki, "Qarabağ" güclü komandadır və bunu qrup mərhələsində sübut ediblər:
"Rəqib tanışdır, ancaq bizim üçün asan olmayacaq. "Qarabağ" güclü komandadır. Bunu qrup mərhələsində də sübut etdilər. "Braqa" ilə matçın sonlarında vəziyyəti öz xeyirlərinə dəyişmələri böyük hörmətə layiqdir. Biz bu oyunlara böyük motivasiya ilə hazırlaşacağıq".
Qeyd edək ki, “Qarabağ” və “Braqa” komandalarının görüşü martın 7-i və 14-də keçiriləcək.
Rofles 10 il "əczaçılar"ın heyətində çıxış edib. Almaniya yığmasında 26 oyuna çıxıb.