"Növbəti hədəfim Parisdəki Yay Paralimpiya Oyunlarıdır"
"Çox sevinirəm. Şəxsi rekordumu yenilədim. Növbəti hədəfim Parisdəki Yay Paralimpiya Oyunlarıdır".
Mediasport.az xəbər verir ki, bunu Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan paraatleti Səid Nəcəfzadə deyib.
T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,30 metr nəticə ilə çempion olan idmançımız turnirin onun üçün çox yaxşı keçdiyini bildirib:
"Paralimpiya Oyunlarından əvvəl dünya çempionu olmaq yaxşı hissdir. Növbəti hədəfim Parisdə də yaxşı çıxış etməkdir".
Xatırladaq ki, mundialda Nəcəfzadədən başqa, Azərbaycanın digər atleti Lamiyə Vəliyeva da qıızl medal qazanıb.