MMA döyüşçüləri beynəlxalq turnirdə uğurla çıxış ediblər

MMA döyüşçüləri beynəlxalq turnirdə uğurla çıxış ediblər

Azərbaycan döyüşçüləri MMA və qrapplinq üzrə "Oktaqon" liqasının 55-ci peşəkar turnirində uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Mediasport.az saytına verilən məlumata görə, Anar Əzizli (61 kiloqram), Heydər Abdullayev (57 kiloqram), Məhəmməd Abdullayev (+93 kiloqram) və Heydər Qasımzadə (71 kiloqram) öz görüşlərini qələbə ilə başa vurublar.

Qeyd edək ki, yarış Qazaxıstanın Almatı şəhərində təşkil olunub.