Atletimiz Nazilə İsmayılova Türkiyədə bürünc medal qazandı
Ağır atletika yığmamızın üzvü Nazilə İsmayılova Türkiyədə keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
mediasport.az xəbər verir ki, Ankarada üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş turnirdə ölkəmizi 49 kq-da təmsil edən idmançı 127 kq (55+72) nəticə ilə bürünc medal qazanıb.
Beynəlxalq yarışda 16 ölkədən 72 atlet medallar uğrunda mübarizə aparır.