3 boksçumuzdan yalnız Allahverdiyev ümdiləri doğrultdu - Avropa Oyunları
Azərbaycanın 3 boksçusu Polşada keçirilən III Avropa Oyunlarında döyüşlərini keçirib.
MediaSport.az xəbər verir ki, kişilərdən yalnız 80 kq-da mübarizə aparan Murad Allahverdiyev ümidləri doğruldub.
İlk görüşündə almaniyalı Kevin Şumannı məğlub edən Murad 1/8 finalda Finlandiya təmsilçisi Nikita Niysteddən də üstün olub - 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29). İdmançımız 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.
51 kq-da ölkəmizi təmsil edən Məsud Yusifzadə yarışa 1/8 finaldan başlayıb. Boksçumuz macarıstanlı Atilla Bernata 0:5 hesabı ilə uduzaraq yarışla vidalaşıb.
Qadın boksçularımızdan Şəhla Allahverdiyeva da uğursuzluqla üzləşib. 66 kq-da vuruşan təmsilçimiz 1/8 finalda Belçika idmançısı Oşin Deriyuvla bacara bilməyib. 0:5 hesabı rəqibi 1/4 finala çıxarıb.