Azərbaycan idmançıları ilk medalları qazana bilərlər - Avropa Oyunları
Polşada keçirilən III Avropa Oyunları davam edir.
MediaSport.az xəbər verir ki, bu gün ilk medalçılar müəyyənləşəcək.
Azərbaycan idmançıları yarışın üçüncü günündə atletika, karate və atıcılıq növlərində mübarizə aparacaqlar. Azərbaycana ilk medalları bu gün karateçilər və atıcılar qazandıra bilərlər. Atletlər isə yarışda çıxışlarını başa vuracaqlar.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 idman növündə 86 idmançı ilə təmsil olunur.
Karate
Kişilər: Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq)
Qadınlar: Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq)
Atletika
12:05. Qadınlar, 200 m: İlahə Quliyeva
12:25. Kişilər, 200 m: Aleksey Əliəkbərov
12:28. Kişilər, nüvə itələmə: İsmayıl Əliyev
12:55. Qadınlar, uzunluğa tullanma: Fəxriyyə Tağızadə
13:40. Kişilər, 5000 m: Elman Abışov
14:20. Qadınlar, 1500 m: Anna Yusupova
14:42. Qarışıq estafet, 4x400 m: Azərbaycan yığması
Atıcılıq
13:15. Kişilər, tapança, 10 m: Ruslan Lunyov
15:15. Qadınlar, tapança, 10 m: Nigar Nəsirova, Nəzrin Abbaslı