Bakıda keçirilən dünya çempionatında növbəti qaliblər müəyyənləşdi
Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.
mediasport.az xəbər verir ki, bu gün kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma yarışları keçirilib.
İsveçli Viktor Lindqren hamını qabaqlayaraq qızıl medal qazanıb. 20 yaşlı atıcı 251.3 xal toplayıb.
Çin təmsilçisi Haoran Yanq gümüş medalın sahibi olub. O, liderdən 0,7 xal geri qalıb. Bürünc medal çexiyalı Frantisek Smetananın payına düşüb.
Komanda yarışında isə Çin qızıl medal əldə edib. Çexiya gümüş, Xorvatiya komandası isə bürünc medala sahib çıxıb.
İlk oyunun nəticələrinə görə, İsveç, Çin, Çexiya və Qazaxıstan idmançıları öz ölkələrinə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandırıblar.