Azərbaycan Kubokunu yalnız 11 komanda qazana bilib - TAM SİYAHI
Futzal üzrə Azərbaycan Kubokunda 2022/2023-cü illər mövsümünə yekun vurulub.
mediasport.az xəbər verir ki, Yüksək Liqanın bürünc medalçısı "Baku Fire" finalda çempionatı ikinci pillədə başa vurmuş “Neftçi”" İK-ya 5:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə ölkə kubokunu qazandı.
Teymur Eyvazovun baş məşqçisi olduğu kollektivə qədər 10 komanda yarışın qalibi olmuşdu.
Mövsüm Kubokun sahibi
1994/95 “Neftçi”
1995/96 “Neftçi”
1996/97 “Avtomobilçi”
1997/98 “Avtomobilçi”
1998/99 “Nabspor”
1999/00 “Azərneftyanacaq”
2000/01 “Azərneftyanacaq”
2001/02 “Gömrükçü”
2002/03 “Gömrükçü”
2003/04 “Turan” AİR
2004/05 “Araz”
2005/06 “Araz”
2006/07 “Araz”
2007/08 “Araz”
2008/09 “Araz”
2009/10 “Neftçi” İSM
2010/11 EKOL
2011/12 EKOL
2012/13 “Neftçi” İSM
2013/14 “Neftçi” İSM
2014/15 “Fener” FK
2015/16 EKOL
2016/17 “Neftçi” İK
2017/18 “Marafon Futsal”
2018/19 EKOL
2019/20 Yarış başa çatdırılmayıb
2020/21 Pandemiya ilə əlaqədar keçirilməyib
2021/22 “Neftçi” İK
2022/23 “Baku Fire”