Azərbaycan medal sıralamasında bir qədər də gerilədi - Avropa Oyunları
Azərbaycan komandası Polşada keçirilən III Avropa Oyunlarının 8-ci günündən sonra medal sıralamasında bir qədər də geriləyib.
MediaSport.az xəbər verir ki, növbəti günü medalsız başa vuran ölkəmiz aktivindəki 2 qızıl, 1 gümüş və 5 bürünc medalla daha 2 pillə geriləyərək, 24-cü sıraya düşüb.
Liderlər qrupunda dəyişiklik olmayıb. 63 medal qazanmış İtaliya 1-ci pillədə qərarlaşıb - 19 qızıl, 19 gümüş, 25 bürünc. 2-ci yerdəki İspaniyanın aktivində 49 medal var - 18 qızıl, 11 gümüş, 14 bürünc. Ukrayna isə 17 qızıl, 10 gümüş və 7 bürünc medalla 3-cü pillədəki mövqeyini qoruyub.
İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib.