Azərbaycan şahmatçısı BƏƏ-də beynəlxalq turnirin qalibi olub
Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.
Mediasport.az xəbər verir ki, “Masters” yarışında iştirak edən təmsilçilərimizdən ən yaxşı nəticəni Aydın Süleymanlı göstərib.
Gənc şahmatçımız 9 turda 6 xal toplayıb və yarışı 10-cu yerdə başa vurub.
Festivalın “Futures” turnirində birinci yerə Aqşin Əlizadə layiq görülüb. 7,5 xal toplayan təmsilçimiz əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb.
Turnirdə üçüncü yeri aktivində 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.