Yalnız 1 medal...
Latviyanın paytaxtı Riqada gənc taekvondoçular arasında Olimpiya çəkiləri üzrə Avropa çempionatı keçirilib.
Azərbaycan Taekvondo Federasiyasından MediaSport.az saytına verilən məlumata görə, yığmamız yarışda 1 medal qazanıb.
Məmməd Abdullayevin rəhbərlik etdiyi komandada 44 kq çəkidə mübarizə aparan Zemfira Həsənzadə bürünc medal əldə edib.