Azərbaycan avarçəkəni Slovakiyada bürünc medal qazanıb
Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə 37-ci beynəlxalq “Bratislava Reqatası” keçirilib.
Mediasport.az xəbər verir ki, yeniyetmə və gənclər arasında baş tutan reqatada Azərbaycan millisi 6 nəfərlik heyətlə təmsil olunub.
Komandamızın heyətində Paşa Əsgərov bürünc medal qazanıb. O, 5000 m məsafəyə kanoe qayığında finiş xəttinə üçüncü çatıb.
Amil Ramazanov 200 m məsafəyə kayak yürüşlərdə uğurlu çıxış edərək A finalına yüksəlib. Yekun nəticədə Ramazanov ümumi yarış iştirakçıları arasında 8-ci yeri tutub.