Azərbaycanın 3 idmançısı dopinqdə "ilişdi": 4 illik cəza aldılar

Azərbaycanın 3 idmançısı dopinqdə "ilişdi": 4 illik cəza aldılar

Azərbaycanın 3 idmançısı dopinqdə "ilişib".

Mediasport.az Azərbaycan Milli AntiDopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, qadağan edilmiş preparatlardan istifadə edən 3 idmançımız ciddi cəzaya mərzu qalıb.

Onlardan biri kikboksçu, digərləri boksçulardır.

DİN İdman Cəmiyyətinin kikboksçusu Elşən Qəniyevə verilən 4 illik cəzanın müddəti 2027-ci ilin 24 oktyabrında başa çatacaq.

Boksçular - Nihat Abdullayev və Elnur Süleymanovun aldığı 4 illik qadağa isə 2028-ci ilin martınadək qüvvədə olacaq.

Xatırladaq ki, "Qızıl əlcək" İdman Klubunun boksçusu Nihat Abdullayev ötən ilin dekabrında 54 kq çəki dərəcəsində Azərbaycan çempionatında 3-cü yeri tutub.

"Neftçi" İdman Klubunun üzvü Elnur Süleymanov isə Azərbaycan birinciliyində 75 kq-da bürünc medal qazanıb.