AFFA Region Liqasının başlanmasını niyə gecikdirir? - Şöbə rəisi AÇIQLADI
Oktyabrın 18-də AFFA Region Liqasında yeni mövsümün püşkatma mərasimi keçirildi.
mediasport.az xəbər verir ki, mərasimdə yeni mövsümdə iştirak edəcək komandaların adı və sayı da açıqlandı.
Yarışda 42 komanda iştirak edəcək. Lakin ötən həftə start verilməsi planlaşdırılan çempionatın başlanma tarixində dəyişiklik edilib.
Bu haqda danışan AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev "Futbol+" qəzetinə açıqlamasında Region Liqasının başlanmasının gecikməsini etiraf edib:
- Bəli, Region Liqasının start tarixini bir həftə geri çəkdik. Bildiyiniz kimi, komandaların hər birinə formalar verilir. İstəyirk bütün komandalara forma verək ki, çempionata hazır başlasınlar. Müəyyən texniki səbəblər üzündən formaların çatdırılmasında gecikmə oldu. Ona görə də turnirin start tarixini uzatdıq. Formalar xaricdən, quru yolla gəlir. Belə problemlər gözlənilən idi. Yəni, ciddi səbəb yoxdu. Sadəcə, çempionata tam hazır başlamaq üçün bu qərarı verdik.