Növbəti medalları taekvondoçularımız qazandılar - Avropa Oyunları
Azərbaycanın iki taekvondoçusu Polşada keçirilən III Avropa Oyunlarında medal qazanıb.
MediaSport.az xəbər verir ki, 54 kq-da çıxış edən Səyyad Dadaşov yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib.
58 kq-da yarışan Qaşım Maqomedov isə 3-cü yeri tutub.
Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) yarışı medalsız başa vurub.
Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunur.
Beləcə, Azərbaycan idmançılarının yarışda qazandıqları medalların sayı 5-ə çatıb. Daha əvvəl karateçilərimiz - Tural Ağalarzadə (67 kq) və İrina Zaretska Avropa Oyunlarının qalibi olub, Asiman Qurbanlı (+84 kq) isə bürünc medala yiyələnib.
Ölkəmiz faktiki vəziyyətə görə medal sıralamasında Danimarka və Portuqaliya ilə birlikdə 10-cu pillədə qərarlaşıb. Cədvələ 18 medalla (9 qızıl, 5 gümüş, 4 bürünc) İspaniya başçılıq edir.