Bakıda futbol oynayan şagirdlər kütləvi dava etdi, 2 nəfər döyüldü

Bakıda futbol oynayan şagirdlər kütləvi dava etdi, 2 nəfər döyüldü

Bakıda futbol meydançasında məktəblilər arasında kütləvi dava olub.

mediasport.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən futbol meydançasında baş verib.

Şagirdlər arasında yaşanan insident zamanı 2 nəfər xəsarət alıb. Döyülənlər Bakı şəhər sakinləri, 13 yaşlı Rauf Məhərrəmli və 12 yaşlı Ümid Zeynalzadədir.

Dərhal polisə məlumat verilib, faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırmaya başlanılıb.