Azərbaycan çempionunun avrokubok matçlarına təyinatlar

Azərbaycan çempionunun avrokubok matçlarına təyinatlar

Azərbaycanı futbol üzrə UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının ilkin mərhələnin B qrupunda Gürcüstanın “Futbol Skul Bric" və İsveçin “Göteborq" kollektivləri ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.

Mediasport.az xəbər verir ki, Gürcüstan klubu ilə qarşılaşmanı monteneqrolu, isveçlilərlə dueli isə moldovalı baş hakim idarə edəcək.

Qrup mərhələsinin bütün görüşləri Gürcüstanda təşkil olunacaq.


UEFA Regionlar Kuboku. B qrupu


“Futbol Skul Biric" - “Şimal”

Baş hakim: Miloş Boşkoviç (Monteneqro)

Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva)

Dördüncü hakim: Robertas Valikonis (Litva)

28 iyun. Saat 19:00


“Şimal” - “Göteborq"

Baş hakim: Dumitri Muntean (Moldova)

Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro)

Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro)

1 iyul. Saat 19:00