Zəkiyev ipponla mərhələ adladı

Zəkiyev ipponla mərhələ adladı

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında paracüdoçu İlham Zəkiyev bürünc medal görüşünə çıxacaq.

Mediasport.az xəbər verir ki, o, təsəlliverici görüşdə ipponla Daniel Kneqtini (Niderland) üstələyib.

Zəkiyev üçüncülük uğrunda Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gələcək.