Vasif Səlimovdan dünya çempionatında bürünc medal

Vasif Səlimovdan dünya çempionatında bürünc medal

Azərbaycan taekvondoçusu Vasif Səlimov (63 kq) Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Mediasport.az xəbər verir ki, milli üzvü yalnız yarımfinalda məğlub olub.

İdmançımız yarımfinaladək Qırğızıstan, Vyetnam, Çin Taypeyi və Tailanddan olan rəqiblərinə qalib gəlib, final yolunda bolqarıstanlı taekvondoçuya uduzub.

Mundial oktyabrın 6-a başa çatacaq.