Milli komandamız Bakıda Yunanıstan yığması ilə qarşılaşır - DÇ-2024

Milli komandamız Bakıda Yunanıstan yığması ilə qarşılaşır - DÇ-2024

Futzal millimiz bu gün DÇ-2024-ün əsas mərhələsində növbəti oyununa çıxacaq.

mediasport.az xəbər verir ki, Joze Alesio da Silvanın baş məşqçisi olduğu kollektiv Bakıda Yunanıstan yığması ilə qarşılaşacaq.

Bakı İdman Sarayındakı keçiriləcək görüş saat 20:00-da başlanacaq. Matçı Eduardu Koelyunun başçılığı ilə portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Yığmamız 6-cı qrupda 6 xalla liderdir, bir oyun çox keçirən Polşa futzalçılarının da aktivində eyni sayda xal var. Milli komandamız qrupda son oyununu məhz martın 7-də səfərdə Polşaya qarşı keçirəcək.


Dünya çempionatı-2024. Əsas mərhələ


Azərbaycan - Yunanıstan

Hakimlər: Eduardu Fernandeş Koelyu, Kriştianu Santuş, Felipe Qonsalo Santuş Duarte

Timekipper: Ceyhun Hüseynov

Hakim-inspektor: Edi Sunyiç (Xorvatiya)

UEFA nümayəndəsi: Haugen Kim Robin (Norveç)

Bakı İdman Sarayı. Saat 20:00